“Bütün dostlarımın uğurlarına sevinən insanam. Hamının fikirlərinə hörmətlə yanaşıram. Mənim düşmənim yoxdur. Dosta düşmən demirəm”.
OLAY yazır ki, bu sözləri müğənni Aynur Dadaşova “Səhər mərkəzi” verilişində qonaq olarkən deyib.
İfaçı həmkarı, dostu Niyam Salami ilə küsülü olması iddialarına aydınlıq gətirib:
“Əgər dost, qardaş demişəmsə, çörək kəsmişəmsə, nə qədər mənə söz desələr də, bacardığım qədər xanımlığımı və alicənablığımı qorumağa çalışmışam. 34 ildir sənətdəyəm. Qalmaqallarla, söz-söhbətlə gündəmdə qalmağa ehtiyacım yoxdur. Heç kimdən küsülülüyüm, incikliyim yoxdur”.
Aparıcının “Qarşı tərəfdə (Niyam Salami –red.) küsülülük var”, - desə də, A. Dadaşova “Bilsəydim, gəlməzdim”, - deyə, cavab verib.
Nigar Namiq