Müğənni hiss uşaq övladlığa götürmək istədiyini açıqlayıb.
OLAY yazır ki, bu barədə o, Dadaş Dadaşlinskinin qonağı olarkən danışıb.
Uşaq evində böyüyən müğənni söyləyib ki, həmin məkanlara getmək üçün özünü hazır hiss etmir:
”Uşaq evlərinə baş çəkməmişəm. Amma düşünürəm. Hətta fikirləşirəm ki, bir uşaq götürüm. İnşallah gələcəkdə sənədlərdə bir problem çıxmaz. Məncə, getsəm, bir az sıxılaram. Özümü ələ alım sonra”.
İfaçı həm də son günlər müzakirə yaradan 3 saylı Uşaq evi ilə bağlı qalmaqala da münasibət bildirib:
“Uşaq evində qidalanma ilə bağlı həmişə problem olub. Şahidi olmuşam. Sadəcə indi işıq üzünə çıxır. Mən də görmüşəm, ümumiyyətlə, heç kimi qınamıram. Bir uşaq çətindirsə, ona nəzarət edə bilmirsinizsə, işdən çıxın. Əminəm ki, uşaqda elə də problem yoxdur. Hamıda olduğu kimi müəyyən travmalardır”.