Müğənni Ayaz Babayev bir müddət efirə çıxmayacaq.
OLAY yazır ki, bu barədə gənc ifaçı instaqramda paylaşım edib:
“Hazırda mahnı və albom üzərində çalışıram. Təəssüf ki, sentyabra qədər heç bir yerdə çıxış edə bilməyəcəyəm. Bu sahədə sevdiyim çox insan var və mən onlara “yox” deyə bilmirəm. Amma bu dəfə qərar çalışdığım şirkət adındandır”.
O bildirib ki, imzaladığı müqaviləyə əsasən, maqazin və radio istisna olmaqla, heç bir verilişdə iştirak edə bilməyəcək.