“Yaxşı müğənnilərimiz var. Ayrı-ayrılıqda sevirəm. Amma səs rəngimə yaraşan xanıım müğənni yoxdur”.
OLAY yazır ki, bu sözləri “Zaurla Günaydın” verilişində müğənni Mətanət əsədova deyib. O bildirib xanım həmkarları ilə 4-5 saat duet oxuya bilməz:
“Bunu mən demirəm, xalq bilir. Allah hamısına ömür versin. Başda Arif Babayev olmaqla hamısı ustaddır. Hərə özünə kimisə ustad görür, onu təsdiqləyir. Lakin bilinmədi ki, mən necə oxudum.
Mənə dedilər ki, bir oxuyan de. Mirələmi Mirələmovu seçdim ki, o, məni oxutdura bilər. Özüm isə Mətanəti yaratdım. Hər biri ilə oxuyaram, hamısına canım qurban onları sevirəm. Könül Kərimovanı, Elnarə Abdullayevanı, Gülyanaq Güıyaz bacılarını, Kamilə Nəbiyevanı, Almaz Orucovanı da sevirəm. Lakin 4 saat veriliş olsun, desinlər axıra qədər bir xanım xanəndə ilə oxu, mən yorularam. Elə biri yoxdur ki, sona qədər məni oxutdursun. Estradadan ürəklə dinləyib ağladığım İlhamə Quliyeva olub. Onun repertuarına müraciət edəcəm. İndi də Çinarə Məlikzadəni, Natavanın səsini xoşlayıram. Onun qeyri-adi oxumağı var, sevirəm o qızı. Aygün Kazımovaya isə pərəstiş edirəm”.