Aktrisa Hazar Ergüçlü zəlzələdən sonra normal həyata geri dönənlərə üsyanını bildirib.
OLAY yazır ki, o, bu barədə KİV-ə danışarkən bildirib.
“İnsanların bu rəzalət binalarda yaşamağı, onların burada ölməyi heç kim üçün vacib deyil. İndi də heç nə olmamış kimi normal həyatımıza qayıtmışıq. Bu da inanılmaz dərəcədə böyük rəzillikdir”.
Aktrisa deyib ki, zəlzələ bölgəsinə getməyib:
“Zəlzələ olan bölgələrə gedə bilmirəm. Düşünürəm ki, onlara yük ola bilərəm, hətta yük olmaq da deyil, yox olmaq istədim. Gedənlərin də bir işə yaradığını fikirləşmirəm. Yaxşı nələrsə olsa, yük olmadığımı düşünsəm, o zaman gedərəm”.