Məşhur TV simaları İlqar Mikayıloğlu və Zülfiyə Bayramovanın övladlığa götürdüyü gənc şəhid olub.
OLAY yazır ki, bu barədə Z. Bayramova “Elgizlə izlə” verilişində qonaq olarkən deyib.
O, ağlayaraq mənəvi oğlu Əmrahın 44 günlük Vətən Müharibəsində şəhid olduğunu açıqlayıb:
“Atası Rusiyada yaşayırdı, 15 yaşında kollecə daxil olmuşdu. Oğlum gəlib demişdi ki, bir oğlan var, otaq yoldaşları ilə yola getmirdi. Atası, anası ilə danışdım. İmkanları yaxşı deyildi. Evimdən əsgərliyə yola saldım. Övladlığa götürmüşdüm, oğlanlarım Nahid və Ceyhundan ayırmırdım. Hələ də evdə onu axtarıram. Əziz və dogma idi. Bir gün xəbər gəldi ki, müharibəyə aparıblar, itkin düşüb. Arxasıca getdim, axtardım. Dözə bilmədim, düşünürdüm ki, bəlkə taparam. Getdim, şəhid xəbərini verdilər”.