Xalq artisti Nazpəri Dostəliyeva bir müddət əvvəl vəfat edən müğənni bacısı Zeynəb Dostəliyeva haqda danışıb.
OLAY yazır ki, sənətçi bu barədə “Günaydın, Azərbaycan!” verilişində qonaq olarkən söhbət açıb.
“Kədərin çətinliyi çox ağırdır. Gərək ki onu yaşayasan. Bacım sağ olarkən aramızda yaranan problemləri bağlamışdım, danışmamışdım. İndi də elə edəcəm.
Baxmayaraq ki, bu gün məni günahkar sayırlar. Sadəcə olaraq televiziya sahəsində çalışan bir kişi bacımı mənə qarşı doldurdu. Ona deyir ki, yolunu kəsən bacındır.
Bacımın yanında həmin insana zəng vurdum, dediklərini boynuna almadı. Amma bacım o insanların sözünə inanırdı. Mən indi hər görüşümdə o adamı utandırıram. O, mənim yanımda başını qaldıra bilmir. Məclisdə məni görəndə qaçır”, - deyə, sənətçi vurğulayıb.