Aparıcı Zaur Baxşəliyev təyyarə fobiyasından söz açıb.
OLAY yazır ki, o bu barədə “Zaurla Günaydın” verilişində danışıb. Subay zamanlarında “Yağ kimi” layihəsi çərçivəsində bir çox ölkələrdə olan aparıcı bildirib ki, evlilikdən sonra onda fobiya yaranıb:
“Bu bir tərəfdən də məsuliyyət hissindən irəli gəlir. Əvvəl subay idim, indi ailəm var. İtirmək qorxusu insanda fobiya yaradır. Harasa gedəndə məni tər basır, stress keçirirəm. Öncədən 3 yuxu dərmanı atıram ki, nəsə olsa da, yuxuda olum, hiss etməyim”.