Aprelin 3-dən Hesablama Palatasının Kollegiya Qərarına əsasən, Palata tərəfindən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də audit tədbiri aparılır.
OLAY yazır ki, “Qafqazinfo” auditin hansı dövrləri əhatə etməsi ilə bağlı Hesablama Palatasına sorğu ünvanlayıb. Rəsmi cavabda bildirilib ki, audit tədbiri 1 yanvar 2022-ci ildən 31 dekabr 2022-ci il tarixinədək olan dövrü əhatə etməklə 3 aprel 2023-cü ildən 1 iyun 2023-cü ilədək tarixdə keçiriləcək.