Müğənni Mətanət Əsədova “Gül kimi şou” verilişində qonaq olub.
OLAY yazır ki, aparıcı Cavid Gülün “Sizin qadınlar tərəfindən necə sevildiyinizi gördüm. Adətən, gözəl xanımları görəndə xanımlar ərlərini qısqanırlar” sözlərinə sənətçi belə cavab verib:
“Onlar bilir kimi qısqanmaq lazımdır. Onlar gözəl bilir. Nə olar yaraşıqlı olanda? Yaraşıqlısan, get, toyunu oxu, gəl bu yana da. Camaatın əri ilə nə işin var?
Getdiyim məclislərdə kişilər hamısı qardaşımdır, dostumdur, qohumumdur. Mən ora çörək pulu üçün gedirəm, getmirəm ki, gözüm-başım “qaynasın”. Mənə nə maraqlıdırsa, yanımdadır. Başqası maraqlı deyil. Mənə lazımdır ki, gedim oxuyum, səsimlə xalqı sevindirim”.