Aparıcı Murad Əzimzadə “ATV səhər” proqramı ilə yollarını ayırıb.
OLAY yazır ki, o bu haqda feysbukda paylaşım edib:
“Neçə gündür “Niyə ATV Səhərdə səni görmürük?” sualı ilə mesaj yazan, zəng edən, nigaranlıq hiss edən dostlara, doğmalara və əziz izləyicilərimə görə, bu paylaşımı etmək qərarına gəldim. 6 aya yaxındır sizə təqdim etdiyim ATV Səhər proqramından bir neçə gündür ki, öz istəyimlə ayrılmışam. Səhətimlə bağlı xırda problem yaşadım (sinirlərimdən dolayı) və ən azı bir müddət ATV Səhərdə məni görməyəcəksiz.
Düşünürəm ki, Atv Səhərdə çalışdığım bu 6 ay müddətində qazanan tamaşaçılarımız oldu. Çünki təqdim etdiyim proqramın formatından və yaradıcı tutumundan aslı olmayaraq hər zaman izləyicinin sözü və səsi olmağı prioritet qəbul etmişəm. Təbii ki, qiyməti verən, fərqi görən siz tamaşaçılarsınız. Sağlıq olsun hələ yolumuz uzundur. Qısa müddət sonra layihə rəhbəri və müəllifi olduğum, sevimli proqramınız olan “Bağ mövsümü”nü doğma ATV’də sizə təqdim edəcəm”.
Humay İsgəndərova