Xalq artisti Faiq Ağayev istənilən deputatdan güclü olduğunu bildirib.
OLAY yazır ki, bu barədə sənətçi News24.az-a müsahibəsində deyib.
İfaçı “Deputat olmaq, siyasətə qatılmaq istəyirsinizmi” sualına özünəməxsus tərzdə cavab verib:
“İstənilən deputatdan güclüyəm. Gəlsin biri Heydər Əliyev Sarayını doldursun, arxası ilə o qədər kütləni aparsın. Mənim siyasətim oxumağımdır. Seçki zamanı deputatlar bizə müraciət edir ki, seçicilərə şirin görünsünlər. Həyatımın hansısa dönəmində siyasətə qatıla bilərəm. Amma cari planlarıma daxil deyil”.