TV proqram
TV proqram

Vüsalə “parkovşik”lərdən gileyləndi

Vüsalə “parkovşik”lərdən gileyləndi

Aparıcı Vüsalə Əlizadə Bakıda qanunsuz park xidməti göstərən şəxslərdən gileylənib.

OLAY yazır ki, bu haqda o, aparıcılıq etdiyi “7 canlı” verilişində danışıb.

“Aparıcı kimi yox, bir vətəndaş kimi mövqeyimi bildirmək istəyirəm. İstəmirəm bunu kimsə pis tərəfə yozsun, çünki biz də sözümüzü deyə bilərik. Ən azından da bu səlahiyətimiz var ki, canlı efirdəyik. Düşünürəm ki, nə zamansa, bunun bir çarəsi olacaq. Çünki şəhərimizdə parklama dəhşətli vəziyyətdədir.

Mən də bir sürücü olaraq şikayətimi bildirmiş oldum. Hara gediriksə, parklanma ilə bağlı əziyyət çəkirik. Avtomobilimizi park etmək üçün yer tapsaq da, qanunsuz park xidməti göstərənlər bizə problemlər yaradırlar.  

Bu gün özüm çətin vəziyyətlə qarşılaşmışam. Şoka düşürəm ki, hər gün bu insana (park xidməti göstərən şəxs - red.) bir manatdan başlayaraq ödəniş edirsən, amma narazıçılığını bildirir və beş manat istəyir. Bu nə deməkdir? Belə çıxır ki, qazandığımı park xidmətinə verməliyəm? Nə var ki, hansısa gözəllik salonunun və ya hansısa mağazanın qarşısında dayanmışam. Bu barədə dəhşətli vəziyyət var”, - deyə, Vüsalə bildirib.