“Aygün xəstələndikdən sonra sənətimə qarşı bir az tənbəllik yarandı. İndi şükür ki, yaxşıdır. Onunla duetlərimiz daha rahat olurdu, seçimləri edirdi, bir böyük, sənətkar kimi məsləhət verirdi, kömək edirdi”.
OLAY yazır ki, bu sözləri “Günün sədası” verilişində Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova deyib. İfaçı söyləyib ki, bacısı xərçəngə tutulduqdan sonra sənətinə qarşı tənbəllik edib:
“Aygünün xəstəliyindən sonra sanki bir qolum qırılıb. Özüm də yavaş-yavaş davam edirəm. İstəyirəm ki, mahnılar yazdırım. Aygünün adını təmsil etdiyim üçün çox qorxuram. Bu, böyük məsuliyyətdir. Sənətkar yanında olanda çətindir. Tək olanda daha azadam, rahatam. O, yanımda olanda çox sıxılıram. Buna baxmayaraq, Aygünlə güclü oluram”.