Müğənni Kərim Abasov yenidən əməliyyat olunacaq.
OLAY yazır ki, sənətçi bu barədə “Səhər mərkəzi” verilişində qonaq olarkən deyib.
İfaçı tam olaraq açıqlamasa da, yaxın zamanda yenidən bıçaq altına yatacağını bildirib:
“Gözlərimdə problem var idi, ona görə də bir neçə ay öncə əməliyyat keçirdim. Gözümün içi ilə bağlı problem idi, plastik əməliyyat deyildi. Çox gözəl, uğurlu keçdi. Bu yaxınlarda yenə əməliyyata girirəm. Dəyişək, inkişaf edək. O, başqa bir əməliyyatdır və nə olduğunu yaxın vaxtda görəcəksiniz. Orada estetik, plastik – hər şey var”.