Aktyor Elməddin Cəfərov bir zamanların məşhur şousu “Tək səbir”in dağılmasından dnaışıb.
OLAY yazır ki, bu barədə o, “Düzünə qalsa” proqramında açıqlama verib. Elməddin deyib ki, qrupun dağılmasına səbəb qonorar məsələləri olub:
“Heydər Əliyev sarayında konsert verirdik, bütün biletlər satılırdı, hətta pilləkənlərdə adamlar da otururdu. Əvəzində 75 dollar, 60 manat pul alırdıq. 20 min, 30 min pul qalırdı, Fərda (Fərda Xudaverdiyev – red.) ilə mən 60 manat alırdıq. Gerisini siz düşünün ki, o biri yoldaşlarımız nə qədər alırdı. Bölgələrdə 5 gün ardıcıl konsert verirdik, konsert sonu pul itirdi, oğurlanırdı. Nə möcüzə idisə, hər dəfə də pul oğurlanırdı. Pul necə oğurlanırdı? Pul kisədə olurdu. Maraqlı gəlirdi ki, axı 30 min pul kisəsinə necə sığırdı?
Desəydilər ki, kisə oğurlanıb, hə. Amma “cüzdan” niyə? Bu kimi nüaslar var idi. Biz 5 gün konsert verib pulsuz qayıdırdıq, Bakıda yarım saatlıq tədbirdə o pulu çıxarırdıq. Hamımız evlənmişdik, ailəmiz, kirayə haqqımız var idi. Yoxsa biz pul dalınca getmirdik. Ailəm, 1 yaşlı uşağımla necə kirayədə qalım? Mən onlardan maşın, ev almaq pulu istəmirdim ki, işlədiyim maaşımı istəyirdim. Sonda da 3-4 ayın maaşı batdı, ondan sonra da hamı dağılıb getdi. Övladım olanda xəstəxana üçün 200 dollar tapa bilmədim onda ilk dəfə məcbur olub toya getdim. Mən həmişə yüksək məbləğlərdən öz imicimə görə imtina etmişəm. Mobil şəbəkələrdən biri həmin filmə baş sponsorluq edirdi. Deməli, çəkiliş günümə 6000 manat verirdilər, 1 aya qədər çəkiliş olacaqdı. 100.000 dən yüksək qonoara razı idilər. İstədiyim maşın var idi, onu almaq istəyirdim. Pulu da gətirmişdilər, pula baxırdım bir də ssenariyə, psixoloji təsir edirdi. Amma bəyənmədiyim üçün imtina etdim”.