Müğənni Aysun İsmayılova övladının ona bənzəməsini istəyir.
OLAY yazır ki, gənc ifaçı bu barədə qonaq olduğu “Səhər mərkəzi” proqramında deyib. İsmayılova bildirib ki, gələcəkdə ana olarsa, sadaladığı xüsusiyyətlərinin övladında da olmağını arzulayır:
“Bir az şıltağam, enerjim çoxdur. Bir tərəfdən sakit insanam. Yalan danışmaram, sadiq insanam. İstəyirəm ki, övladım mənə bənzəsin”.
Bundan əlavə, Aysun özünü başqa sahədə yox, şou-biznesdə gördüyünü bildirib:
“Özümü başqa sahədə görmürdüm. Gözəllik salonum, atelyem var. Amma bu şou-biznesə marağım böyük idi”.