Mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra ilk tamaşasında rol alıb.
OLAY yazır ki, o, Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatrının studiyası tərəfindən hazırlanan “Bahar” adlı inkluziv tamaşanın premyerasında iştirak edib.
Bu barədə “Söhbət var” verilişinin komandası süjet hazırlayıb.
“Çox qəşəng oynadım. Özüm də çox sevinirəm. İlk dəfədir oynayırdım, qaranquş rolunda idim. Çox istəyirəm ki, aktrisa olum”, - deyə, Zəhra bildirib.
Qeyd edək ki, T. Əliyeva bu ilin yanvarında xərçəngdən dünyasını dəyişib.