TV proqram
TV proqram

“Trend olan mahnılar qurmadır”

“Trend olan mahnılar qurmadır”

Aktyor Elşən Orucov trend olan mahnılardan danışıb.

OLAY yazır ki, sənətçi bu haqda “Söhbət var” verilişində qonaq olarkən söz açıb.

Orucov ifaların trenddə olmasını qurma adlandırıb:

“Müğənni olmadığım üçün rahat deyə bilirəm. Bunu tam səmimi deyəcəm ki, bu dəqiqə trenddə olanların hamısı süni trenddir. Heç kimi də qınamıram. Baxırlar ki, bu əgər belə gündəmdə qalırsa, məcbur gedirlər. Onlar hamısı bilir ki, bu sünidir. Əgər bir mahnı getdiyin hər yerdə qulaq asılmırsa, sevilmirsə, mümkün deyil... İnsan birinci özünü aldadırsa, artıq onun səhvi orada başlayır. Bu saat son 10 trend hamısı qurmadır və bunu da hamısı bilir”.