Müğənni Zamiq Hüseynov plastik əməliyyat etdirən bəylərə qarşıdır.
OLAY yazır ki, bu barədə sənətçi “Fəlidən doğru xəbər” proqramında qonaq olarkən danışıb. O, özünün heç bir prosedura da əl atmadığını bildirib:
“Plastik əməliyyat etdirən bəylərə yaxşı baxmıram. Hər kəsin öz işidir, amma öz gözümlə baxanda nəticəyə gəlirəm ki, sevmirəm. Burnum əyridir, dəfələrlə deyiblər ki, burnumda polip var idi, onu aradan qaldıranda estetik edək. İcazə vermədim. Botoks belə etdirməyə çəkinirəm”.