Türkiyənin tanınmış aparıcısı və aktyoru Cem Davran illər əvvəl efirdə baş verən Sevda Demirel-Hande Ataizi davası ilə bağlı bir faktı açıqlayıb.
OLAY yazır ki, sənətçi əslində həmin münaqişənin canlı yayımda baş vermədiyini söyləyib.
“Canlı deyildi. Amma kanal yayımladı. Hər kəsin gözü önündə olduğu üçün efirə verildi”,-deyə Davran qeyd edib.
Qeyd edək ki, sözügedən davada Demirel Handeye sillə vurub. Bu olay illərlə müzakirə olunub.