Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı valideynlərinin evlilik ildönümünü efirdə qeyd edib.
OLAY yazır ki, aparıcı “Günaydın Azərbaycan” verilişində 86 yaşlı ana-atası üçün toy ab-havası yaradıb.
Hidayətqızının valideynləri vağzalı sədaları altında efirə gəlib. Bundan başqa proqramda toy mahnıları səsləndirilib.