“Səs Azərbaycan : Doğma nəğmələr” proqramının növbəti buraxılışında aparıcı Azər Süleymanlı ilə münsif İlqar Xəyalın sözü çəp gəlib.
OLAY yazır ki, buna səbəb İlqarın qarşıdurma mərhləsindəki qərarsızlığı olub.
Belə ki, İ. Xəyal iştirakçıları Aminəxatun Şirməmmədova və Cozef Uvezele Okpamen arasında seçim etməkdə çətinlik çəkib.
“Tufanla oynama” mahnısını səsləndirən ifaçıların ikisinin də ayxşı olduğunu düşünən münsif “Çox düşünmüşəm. Fikirləşdim ki, püşk ataq, rəqəmlərə istinad edək”, - deyə, bildirib.
A. Süleymanlı “Hər kəsin diqqətini bu məqama cəlb edək. Bu, böyük məsuliyyətdir. Bunu siz etməlisiniz. Hazırda seçim vaxtıdır. Bu iştirakçılardan hansını növbəti mərhələdə İlqar Xəyalın komandasında görəcəyik?” sualını ünvanlayıb.
Münsif yenədə qərarsız qalaraq “Qaydalara uyğun olarmı bilmirəm. Bunu taleyin, tamaşaçının, dinləyicinin ümidinə buraxaq. Onların alqışları ilə seçim edək”, - deyə, vurğulayıb.
Azər isə “İlqar müəllim, siz hansı telehdən danışırsız? Biz bu iştirakçıları sizin ümidinizə buraxmışıq. Onlara siz dönmüsüz, bir-birinizi seçmisiz. Qərarı da siz seçməlisiz” deyərək qaydaların olduğunu xatırladıb.
İ. Xəyal nəhayət qərar verərək A. Şirməmmədovanı seçib.