Aktyor İbrahim Çingiz jön olmaqla bağlı maraqlı fikirlər səsləndirib.
OLAY yazır ki, sənətçi bu barədə “Səhərin səsi” verilişində danışıb. İbrahim deyib ki, hazırda Azərbaycan filmlərində yer almır, çünki onun o cameada ətrafı yoxdur:
“Mən ürəklərdəyəm. Bir şey anladım ki, heç vaxt ən populyar, bahalı və möhtəşəm ola bilməyəcəyəm. Mən öz irsim üçün çalışıram. Məndən sonra gələnlər desinlər ki,o yaxşı aktyor və insan idi. Reallıqdan danışaq. Əsas mənim ailəmdir. Sual versələr ki, sənət, yoxsa şəxsiyyət. Mən həmişə şəxsiyyəti seçəcəyəm. Sima olaraq Azərbaycan filmlərinin jönü ola bilərəm. Amma filmlərdə yer almıram. Çünki o cameadan kənaram. Yəni öz ətrafın olmalıdır”.