TV proqram
TV proqram

Afaqın yerinə o efirə çıxdı

Afaqın yerinə o efirə çıxdı

Afaq Gəncəlini “Səhər mərkəzi” verilişində əvəzləyəcək şəxsin kimliyi açıqlanıb.

OLAY yazır ki, bu gün sözügedən proqramda layihənin redaktoru Aysel Novruzova görünüb. 

Verilişin digər aparıcısı Tural Əsədov Ayseli canlı yayımda təqdim edərək Afaqın yerinə onunla efirə çıxacağını bildirib. 

Qeyd edək ki, keçən həftə Afaq Gəncəli açıqlama verərək səhhəti ilə bağlı ekranlardan uzaqlaşdığını söyləmişdi.