Xalq artisti Naibə Allahverdiyeva sinəsində şiş aşkarlanıb.
OLAY yazır ki, bu barədə “Elgizlə izlə” proqramında məlumat verilib. Verilişdə qonaq olan aktrisa sinə əməliyyatı zamanı problemin üzə çıxdığını söyləyib:
“Çox insan məni görəndə təəccüblənir. Həqiqətən də görünüşümdə çox dəyişiklik olub. Əsas məsələ isə odur ki, məndə təsadüfən problem çıxdı. Sinə əməliyyatını onkoloq etməlidir. Çünki məndə yoxlanışda heç nə göstərmirdi. Amma əməliyyatda üzə çıxdı”.