Əməkdar artist Fərqanə Qasımova nənə olması ilə bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə sənətçi “Şou xəbər”ə açıqlamasında danışıb. Xanəndə söyləyib ki, nənəlik gözəl hissdir:
“Nəvə sədası qulağa gözəl gəlir. Bunun əziyyəti, cəfası da var. Amma nənə olmaq lazımdır. Gənc yaşda ana və nənə oldum. Bilirdim ki, Fatimənin çox böyük istedadı, səsi var. Gözəllikdən elə oldu ki, musiqiçi ailəsinə gəlin köçdü. Bəlkə oxuyan olmağını istəməyəcəklər, ya da bir neçə il sonra hansısa layihədə bir-birilərinə dəstək olarlar”.
Qeyd edək ki, F. Qasımovanın qızı Fatimə Xalq artisti Natiq Şirinovun oğlu Ümidlə ailə qurub. Onların Şəms adlı bir qızları var.