Aparıcı Xoşqədəm Hidayətqızını müalicə pulunu mənimsəməkdə ittiham edən ailə üzr istəyib.
OLAY yazır ki, hadisə “Səni axtarıram” verilişinin canlı efirində baş verib.
Belə ki, Ceyhun adlı xəstə övladları üçün 2022-ci ildə proqrama gələn ailə ötən günlərdə sosial şəbəkədə yayılan videoda Hidayətqızının efirdə toplanan pulu onlara vermədiyini söyləyib.
Bugünkü buraxılışda isə həmin ailə Xoşqədəmdən bu əməllərinə görə peşman olduqlarını bildirərək üzr istəyib.