TV proqram
TV proqram

Vasif tənqid edilən videosundan danışdı

Vasif tənqid edilən videosundan danışdı

Əməkdar artist Vasif Məhərrəmli tənqid edilən yardım videosu barədə danışıb.

OLAY yazır ki, sənətçi bu haqda “7 Canlı” verilişinə telefon bağlantısı ilə qoşulan vaxt söz açıb.

O, instaqramda paylaşdığı sözügedən görüntülərdə bir şəxsi itələməsiylə bağlı tənqid olunmasına bu fikirləri söyləyib:

“Mənə irad tuturlar ki, guya, mən orada kimisə itələmişəm. İtələdiyim adam da kim olsa, yaxşıdır? Ailə sürücümüz. Ay klaviatura qəhrəmanları, bəlkə də, siz kiməsə bir stəkan su verməmisiniz. Niyə insanları yolundan döndərirsiniz? Niyə mərdi qova-qova namərd etmək istəyirsiniz? Bax mən bunun sorağındayam”, - deyə, Vasif bildirib.