Aparıcı Zümrüd Bədəlova növbəti dəfə Türkiyədəki zəlzələ ilə bağlı çıxış edib.
OLAY yazır ki, bu barədə o, “Xəbər-ətər” verilişində danışıb. Zümrüd deyib ki, bu dəhşətli fəlakət insanlığa dərs olmalıdır:
“Küsülü yatanlar, gecə bir-birinə nfirət dolu sözlər yazıb yuxuya gedənlər, anadan-atadan inciyənlər, kin-küdurətlə yatıb, “sabah barışaram” deyənlər. Yəqin ki, bu, bəşəriyyətə, bizə dərs olacaq. Lazım olanda yox, hər dəqiqə Allaha dua etməyin nə qədər böyük savab olduğunu bizə xatırladacaq. Mal sahibi, mülk sahibi, hanı sənin ilk sahibin? Mal da yalan, mülk də yalan, hələ var, bir az oyalan. Onsuz da oyalanandan sonra mal da, mülk də sənin olmayacaq”.