Show TV-nin məşhur xəbər aparıcısı Dilara Gönder işindən istefa verib.
OLAY yazır ki, bu barədə o, sosial şəbəkə hesabından məlumat paylaşıb.
“Yazmaq çətin imiş, istefa verdim. İndiyə qədər mənə bu imkanı yaratdıqları üçün bütün həmkarlarıma və “Cinema Media” qrupuna təşəkkür edirəm”, - deyə. Gönder qeyd edib.
Bildirək ki, Dilara canlı yayım zamanı zəlzələnin fəsadlarında işini bacarmayan insanların günahı olduğunu söyləmişdi.