Bakının 219 saylı tam orta məktəbinin tarix müəllimi Sevinc Novruzova İTV-də yayımlanan “Milyonların şousu” proqramına qatılaraq 8 min manat qazanıb.
OLAY yazır ki, 12 suala düzgün cavab verən müəllim oyunu yarıda saxlayaraq qazandığı məbləğlə layihəni tərk edib.
S.Novruzova bildirib ki, pulu iki övladının və maddi imkanı zəif olan bir ailənin qızının təhsilinə xərcləyəcək.