TV proqram
TV proqram

“Bir AzTV” yenə başlayır

“Bir AzTV” yenə başlayır

Azərbaycan Televiziyasının “Bir AzTV” layihəsi yenidən başlayır.

OLAY-ın məlumatına görə, bir müddət əvvəl çəkilişi dayandırılan verilişin artıq bir neçə bölümü də ekranlaşdırılıb.

Şəhriyar Əbilovun aparıcılıq etdiyi proqramın ilk qonağı isə Əməkdar jurnalist Emin Musavi olub.

Qeyd edək ki, Əbilov layihə dayandırılandan sonra “Agent 001” verilişində aparıcılıq edəcəkdi, lakin qeyri-müəyyən səbəbdən proqramın yayımı dayandırılmışdı.