“Azad Azərbaycan” televiziyasının “7 Canlı” verilişindəki yanlış sosial şəbəkələrdə müzakirə yaradıb.
OLAY yazır ki, proqramda aparıcı Vüsalə Əlizadə qonaqları Əməkdar artist Vasif Məhərrəmli və müğənni İzzət Bağırovdan atalar sözlərinin düzgün formasını soruşub.
Bu zaman monitorda həmin ifadələr və “səhv” əvəzinə “səhf” sözü əks olunub. Efirdə orfoqrafik qaydanın pozulması izləyicilərin diqqətindən qaçmayıb.