Gələn il “Media haqqında” qanuna bir neçə dəyişiklik təklif ediləcək.
OLAY yazır ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, bunlardan biri tərcümə ilə bağlıdır:
“Praktikadan görürük ki, radio və televiziyalara türkiyəli ekspertlər qoşulur və onların canlı olaraq tərcüməsi mümkün olmur. Təklif edəcəyik ki, bununla bağlı qanuna dəyişiklik edilsin”.