Müğənni Xatirə İslam 15 kiloqram çəki atdığını açıqlayıb.
OLAY yazır ki, bu barədə sənətçi “Günün sədası” proqramında qonaq olarkən danışıb. Xatirə deyib ki, plastik əməliyyat etdirmədən kilolarından xilas olub:
“Dörd aydır ki, çörəyə, şirniyyata əlimi uzatmıram. Yağlı yeməklər çox yemirəm. 15 kiloqram çəki atdım. Əməliyyatsız, sırf pəhriz saxlamaqla bu nəticəni əldə etdim. Xüsusi pəhrizim də yoxdur. Daha əvvəl isə keçirdiyim əməliyyat süd vəzilərimdə olan problemlə əlaqədar idi.
Qardaşımın toyu olan zamanı 57 kiloqram idim. Doqquz saat əməliyyatda qalmışdım. Amma həmin əməliyyatdan sonra yenə də yeməyə başladım və kökəldim”.