37 yaşlı realiti-şou ulduzu Ceymi Lopez ürək problemi səbəbindən dünyasını dəyişib.
OLAY yazır ki, “Babydoll Beauty Couture” qurucusu Las Veqasda xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, 2022-ci ilin yayında yayımlanan verilişdə təxminən 400 kilo çəkisi olan Lopezin yataqdan qalxmadan gözəllik salonunu necə açdığı göstərilir. Layihənin çəkilişləri zamanı o, çəkisinin yarısını itirib və ilk dəfə öz salonuna girə bilib.