Xəbər verdiyimiz kimi, sabah “Space” TV-nin yayımı 3 saatlıq dayandırılacaq.
OLAY yazır ki, bu barədə “Report”a Audiovizual Şuradan məlumat verilib.
Səbəb isə “Space” TV-nin 14 noyabrda efirə gedən “Gəl danış” verilişində zorakılığı və qəddarlığı təbliğ edən görüntülərin yayımlanması olub.
Şura “Space” TV redaksiyasının efirində 17 noyabr 2022-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətə (saat 12:00-dan saat 15:00-dək) dayandırılması haqqında qərar verib.
Sözügedən görüntüləri təqdim edirik: