Bazar ertəsi Ağ Evin Gül bağında keçirilən nahar zamanı Donald Tramp Niki Minaja açıq şəkildə dəstəyini ifadə edib.

OLAY yazır ki, tədbirdə çıxış edən 80 yaşlı prezident iştirakçıların qarşısında 43 yaşlı reperi tərifləyərək “Bizim həmçinin böyük hörmətə sahib olan, çox cazibədar, çox möhtəşəm və çox gözəl bir dostumuz olan bir qadınımız var. Mən deyərdim ki, o, mühafizəkarların deyil, sağlam düşüncənin dostudur. Onun hər kəs tərəfindən hörmət edilən möhtəşəm bir insan və qadın olduğunu düşünürəm. Onun əsl istedadı var: Niki Minaj” deyə o, bildirib.

Tramp Niki Minaja tərif yağdırdı