Musiqi
Musiqi

“Duman” AKP-ni məhkəməyə verir

“Duman” AKP-ni məhkəməyə verir

Türkiyənin məşhur “Duman” rok qrupu iqtidarda olan AKP-ni məhkəməyə verir.

OLAY yazır ki, bu barədə qrupun solisti Kaan Rangöze məlumat verib.  

O, 24 sentyabr tarixində “İlk səsim Erdoğana, ilk səsim AKP-yə” adlı gənclik mitinqində “Senden daha güzel” mahnısının icazəsiz səsləndirildiyini bildirib. Sənətçi mahnının AKP-yə satılması barədə iddiaları təkzib edib, Prezident seçkilərindən sonra hüquqi mübarizə aparacaqlarını qeyd edib.

Qeyd edək ki, Prezident Receb Tayyip Erdoğan həmin mitinqdə səhnəyə həmin mahnı sədaları altında çıxmışdı.