Musiqi
Musiqi

Bakı konsertini “Bismillah”la açdı

Bakı konsertini “Bismillah”la açdı

Caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin qızı, Xalq artisti Əzizə Mustafazadənin illər sonra Bakıda konserti baş tutub.

OLAY yazır ki, azərbaycanlı musiqiçini dinləmək üçün insanlar Bakı Konqres Mərkəzinə axın edib. 

Bir-birindən məşhur əsərlərini ifa edən sənətçi konsertini “Bismillahir-Rahmənir-Rahim” sözü ilə açıb. Piano başında əyləşən ifaçının bu addımı dinləyicilər tərəfindən alqışlanıb. Sənətçi həm də səhnəyə övladını dəvət edərək onunla birgə əsərlər səsləndirib.