Musiqi
Musiqi

Buzlar əridi...

Buzlar əridi...

Türkiyənin iki pop ulduzu- Demet Akalın və Hadisə arasında buzlar əriyib.  

OLAY yazır ki, bir-birinin ünvanına ağır sözlər deyən iki məşhur münasibətləri normallaşdırıb.  Akalın, əvvəlcə instaqramda mahnısını paylaşdığı, daha sonra onu müdafiə edən Hadisənin bu dəfə geyim brendinə müraciət edib.  

Akalın Hadisənin kolleksiyasından paltar geyinərək instaqram səhifəsində paylaşıb. 

Xatırladaq ki, bir müddət öncə İnstaqramda izləyici sayı 10 milyon olan Hadiseyə həmkarı “Ay yazıq. Mən araşdırdım, milyoncuq belə deyil. Əri də yoxdur, milyoncuqları da”,-deyərək replika atıb.