Musiqi
Musiqi

Cemin Bakı konsertində pərəstişkarı oxudu

Cemin Bakı konsertində pərəstişkarı oxudu

Cem Adrianın ötən gün baş tutan Bakı konserti maraqlı anlarla yadda qalıb.

OLAY yazır ki, sənətçi çıxışı zamanı Azərbaycandakı səsləri bəyəndiyini dilə gətirib.

Cem ona müşayiət edən pərəstişkarları arasından bir nəfərin səsini xüsusilə bəyənərək, onun tək ifa etməsini istəyib. Pərəstişkarı isə “Sarı gəlin” mahnısını oxumağa başlayıb.

Həmin anlar sosial şəbəkədə yayılaraq, maraqla qarşılanıb.

Həmçinin, müğənni Bakı konsertindən görüntüləri instaqramda paylaşaraq “Bakı, çox təşəkkürlər” şərhini əlavə edib.

Xatırladaq ki, ifaçının çıxışı təyyarədə yaranan nasazlıq səbəbindən 2 saat gecikmişdi.