Britaniyanın məşhur müğənnisi Reks Orinc Kaunti Londonda bir qadına qarşı altı cinsi təcavüzdə ittiham olunur.
OLAY yazır ki, bu barədə NME məlumat yayıb. Qadının dediyinə görə, musiqiçi onu Londonun West End-də iki dəfə, bir dəfə taksidə, üç dəfə isə Notting Hilldəki evində zorlayıb.
Sənətçi Londondakı Southwark kral məhkəməsi qarşısına çıxıb. O, bütün ittihamlar üzrə özünü təqsirli bilməyib.
Qeyd edək ki, Reks (əsl adı Alexander James O'Connor) 3 yanvar 2023-cü ildə məhkəmə qarşısına çıxacaq.