Musiqi
Musiqi

Röyadan payızda yay ab-havalı klip

Röyadan payızda yay ab-havalı klip

Xalq artisti Röya Ayxan yeni mövsümdə üçüncü klipini təqdim edib.

OLAY yazır ki, sənətçinin ekranlaşdırdığı mahnı “Yuxu dərmanımdır” adlanır.  

Sözügedən bəstənin sözləri Həsən Babayevə, musiqisi Fərid Kərimliyə məxsusdur.  

Yeni klipin rejissoru Cəlal Kəngərli, prodüseri isə Kənan Bayramovdur. R. Ayxanın staylinqi üzərində tanınmış stilist Elnur Həsənov çalışıb, Xalq artistinin makiyajını Türkiyədə populyar simalarla əməkdaşlıq edən Kamran Cabbarov edib. Mahnı sənətçiyə məxsus bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib.