Musiqi
Musiqi

Ən populyar ayrılıq mahnısı...

Ən populyar ayrılıq mahnısı...

Edilən araşdırmalar göstərir ki, orta yaşlı insanlar ömürlərində ortalama 4 dəfə ayrılıq acısı çəkirlər.

OLAY yazır ki, alimlər bildirir ki, hər üç insandan biri isə mesajla tərk edilir.

Ən populyar 30 ayrılıq mahnılarının ilk sırasında isə Emi Vaynhausun “Back to black”i yer alır.

Qeyd edək ki, “Back to Black” ingilis müğənnisi və bəstəkarı Emi Vaynhaus tərəfindən 27 oktyabr 2006-cı ildə eyniadlı albomunda yer alan mahnıdır.

Mahnı musiqi tənqidçiləri tərəfindən bəyənildi və onlar Vaynhausun bəstəsini və emosional oxuma tərzini yüksək qiymətləndirdilər.

2008-ci ildə Grammy Mükafatlarında “Back to Black” ən yaxşı pop vokal albomu mükafatını qazanıb və eyni zamanda “İlin Albomu” nominasiyasına namizəd olub.

“Back to Black” təkcə Böyük Britaniyada 3,58 milyon nüsxə sataraq Böyük Britaniyanın 21-ci əsrin indiyədək ən çox satılan ikinci albomu olub. Albom dünya üzrə 16 milyon nüsxədən çox satılıb.

2020-ci ildə mahnı “Rolling Stone”un “Bütün Zamanların Ən Böyük 500 Albomu” siyahısında 33-cü yerdə qərarlaşıb.