Musiqi
Musiqi

Dənizdə itkin düşən rus müğənni tapıldı

Dənizdə itkin düşən rus müğənni tapıldı

Bir gün əvvəl Soçidə itkin düşdüyü elan edilən müğənni Konstantin Leqostayev sağ tapılıb.

OLAY yazır ki, bu barədə RİA Novosti məlumat yayıb. Nəşrin məlumatına görə, sənətçi istintaq şöbəsindədir.

“Lazımi yoxlama tədbirləri həyata keçirilir, hadisənin bütün şəraiti, habelə şəxsin harada olması müəyyən edilir”, - idarədən bildirilib.

Sentyabrın 2-də Konstantin Leqostayevin Soçidə klip çəkilişi zamanı itkin düşdüyü bildirilir.

Musiqiçi dənizə üzməyə gedib və gözdən itib.