Musiqi
Musiqi

Sanki Ajda Pekkanın əkizidir!

Sanki Ajda Pekkanın əkizidir!

Ajda Pekkanıın bacısı, aktrisa və müğənni Semiramis Pekkan 53 il sonra mahnı ifa edib.

OLAY yazır ki, sənətçi Haldun Dormenin layihəsində qonaq olub.

Pekkan populyar mahnısı “Bana yalan söylediler”i yenidən səsləndirib. Sənətçinin bu ifası isə sentyabrın 30-u, elə öz ad günündə musiqi platformalarında olacaq. S. Pekkan layihəyə hazırlıq mərhələsindən qısa video paylaşıb.

Onun bacısı Ajdaya hədsiz bənzəməsi də istifadəçilərin marağına səbəb olub. Hətta onların əkiz qədər oxşadığını yazıblar.

Qeyd edək ki, S. Pekkanın 73 yaşı var.