“10 il sizinlə” şüarı altında Heydər Əliyev Mərkəzinin həyətində baş tutan silsilə konsert proqramına bu dəfə müğənni Zamiq Hüseynov qoşulub.
OLAY yazır ki, sənətçi 1 saat ərzində ard-arda sevilən mahnılarını səsləndirib.
“Özü bilər” dueti ilə konsertə giriş edən Hüseynov, gecəni “Azərbaycan” nəğməsi ilə yekunlaşdırıb.