Alman estrada müğənnisi Tomas Anders sentyabrın 2-də baş tutacaq açıq “Sea Breeze Disco Night” festivalında çıxışı ərəfəsində bakılı pərəstişkarlarına müraciət edib.
OLAY yazır ki, festivalın instaqram səhifəsində paylaşılan açıqlamada qeyd olunur:
“Salam, Bakı! Salam əziz dostlarım. Bakıya səfər etmək şansım olduğu üçün çox şadam. Sizi sentyabrın 2-də Sea Breeze-də görəcəyimə sevinirəm. Çoxlu hitləri, o cümlədən “Modern Talking” repertuarından oxuyacağam”.